Şair Nüsrət Kəsəmənlinin vəfatından 10 il ötür
17.10.2013

Bu gün tanınmış şair, publisist Nüsrət Kəsəmənlinin anım günüdür.

N.Kəsəmənli 2003-cü il oktyabrın 17-də vəfat edib.

Bildrək ki, Kəsəmənli Nüsrət Yusif oğlu 1946-cı ildə Qazax rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub (1966). Universitetin II kursunda oxuyarkən “Bakı” və “Baku” qəzetlərində müxbir kimi çalışıb. Ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilib (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında (AYB) ədəbi məsləhətçi olub (1978-1985).

1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlayıb. 150-dək şerinə musiqi bəstələnib. “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizasiya”, “Ənbizlərin keşiyində”, “Sovet Azərbaycanına səyahət” və s. sənədli filmlərin, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak edib.

Fəal ictimaiyyətçi olub. AYB-də Həmkarlar Komitəsinin sədri (1981-1984), mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, AYB-nin VI,VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilib.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor işləyib (1985). “Dünyaya pəncərə” sənədli televiziya verilişinin ssenari müəllifı və aparıcısı olub (1985).

Gün.Az