Azərbaycanda fəaliyyət göstərən “Qan Donorları Assosiasiyası” İctimai
Birliyi (İB) ilə Gürcüstanın Marneuli Gənclər Mərkəzi qeyri-hökumət
təşkilatı arasında qan donorluğunu inkişaf etdirmək məqsədi ilə
əməkdaşlıq memorandumu imzalanmışdır.
Bu barədə məlumat verən İB-nin mətbuat katibi Lamiyə Nəbiyeva demişdir
ki, memoranduma əsasən hər iki təşkilat qan donorluğu sahəsində imkan və
ehtiyatlarını səfərbər edəcək, qan xəstəlikləri səbəbindən uşaqların
ölüm hallarına qarşı birgə mübarizə aparacaq və gənclər bu sahədə
maarifləndiriləcəklər.
Eyni zamanda, Marneulidə yaşayan gənclərin səhiyyə sahəsində
maarifləndirilməsi istiqamətində də birgə layihələr həyata
keçiriləcəkdir.