Dünya şöhrətli caz ifaçıları Bakıda çıxış edəcəklər
18.10.2013

Bakı Beynəlxalq caz festivalı çərçivəsində noyabrın 2-də Heydər Əliyev Sarayında dünya şöhrətli amerikalı caz ifaçıları, pianoçu və bəstəkar Bob James və saksafonçu David Sanbornun solo konserti keçiriləcəkdir.
Heydər Əliyev Sarayının mətbuat xidmətindən bildirilmişdir ki, konsertin biletləri artıq satışdadır.
Oktyabrın 23-dən noyabrın 2-dək Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçiriləcək festival çərçivəsində dünya şöhrətli caz ifaçıları şəhərimizin qonağı olacaqlar.

AzərTAc