Alen Delon “Miss Frans” gözəllik müsabiqəsinin fəxri sədrliyini tərk edib
21.10.2013

Fransanın məşhur aktyoru Alen Delon “Miss Frans” gözəllik müsabiqəsinin fəxri sədrliyindən imtina etməyi qərara alıb.

Kino ulduzu bu addımını Milli Cəbhə Partiyasını müdafiəsi ilə əlaqədar söylədiyi fikirlərinə görə müsabiqənin münsiflər heyəti üzvlərinin tənqidinə məruz qaldığına və “Miss Frans” müsabiqəsinin öz dəyərlərini itirdiyinə görə atdığını deyib.

Alen Delon bildirib ki, “Miss Frans”ı əyləndirici populyar şou kimi dəyərləndirənlər səhv edirlər. Gözəllik müsabiqəsi artıq ilk funksiyalarını yerinə yetirməkdən uzaqdır.

Gün.Az