Telefon tariflərinin qiyməti endirilir
21.10.2013

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bir sıra telekommunikasiya xidmətlərinin qiymətlərinin aşağı salınması ilə bağlı Tarif Şurasına təkliflər təqdim edib.

Bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri vəzifəsini icra edən Əli Abbasov bildirib.

Onun sözlərinə görə, söhbət telefon rabitəsi danışıqları və digər xidmətlərin qiymətlərinin aşağı salınmasından gedir.

Abbasov vurğulayıb: "Bu məsələdə əsas olan rabitə şəbəkəsinin effektivliyinin, o cümlədən şəbəkənin təhlükəsizliyinin artırılması və yeni xidmətlərin işə salınmasıdır".

publika.az