Azərbaycan filmi Beynəlxalq kinofestivalda nümayiş olunacaqdır
10.7.2011

Gənc rejissor İlqar Nəcəfin “Buta Film” kinostudiyasında ekranlaşdırılan “Həyat bir teatrdır” qısametrajlı filmi İtaliyada keçiriləcək “SinemaDaMadar” Beynəlxalq kinofestivalında nümayiş etdiriləcəkdir.
Festival avqustun 28-dən sentyabrın 11-dək davam edəcəkdir. Azərbaycanı bu festivalda təmsil edən film bu ilin iyununda Sardiniyada keçirilmiş VI Beynəlxalq kinofestivalda da iştirak etmişdir.
Filmin prodüserləri - Əli İsa Cabbarov və Asif Rüstəmov, operatoru Adil Abbasov, baş rəssamı Əziz Məmmədov, icraçı prodüserlər Vidadi Rüstəmov və Çingiz Həsənovdur.