Qoç - İşlərinizdə sizi uğur gözləyir. Qeyri-standart yanaşma, yeni baxış tələb edən işlərdə çox irəli gedəcəksiniz. İş tərəfdaşlarınız və rəhbərliklə razılığa gələ, əməkdaşlığı yeni bir səviyyəyə qaldıra bilərsiniz. Ancaq imkanlarınızı düzgün hesablayın. Sizinlə əməkdaşlıqda maraqlı olan bir şəxsin yardım təklifini qəbul etsəniz, həyatınızı xeyli asanlaşdırarsınız.
Digər günlərdən fərqli olaraq bu gün daha təmkinli, soyuqqanlı və sakitsiniz. Bu isə ailədaxili münaqişələri dəf etməyə, sevdiyiniz şəxslə daha mülayim davranmağınıza kömək edir.
Buğa - Günün əsas problemi emosional fonun gərgin olmasıdır. Tez inciyirsiniz, sizinlə dil tapmaq çətindir. Hətta çox mehriban bir adam təsadüfən sizin kefinizə soğan doğrayacaq. Yazıq onun halına: sizin kəskin və coşğun reaksiyanız hətta özünüzü də təəccübləndirəcək.
Mənəvi tarazlığınızı bərpa etmək üçün müxtəlif məşğuliyyətlərlə başınızı qatmağa çalışın: tikişdən tutmuş idmanadək hər bir iş karınıza gələr. Sizi yoran işləri başqalarına həvalə etməyə çalışın.
Əkizlər - Bu gün qaşqabaqlısınız. Çətinlikləri aradan qaldırmalı, maneələri aşmalı, düşmənlərinizlə savaşmalısınız. Başqa cür desək, gününüz maraqlı olacaq. Ancaq fəaliyyətinizin nəticəsi çəkdiyiniz zəhmətin heç onda biri qədər qarşılığı deyil. Bir çox Əkizlər bu səbəbdən məyus olacaqlar.
Əgər yaxınlarınızın ritmilə uyğunlaşmasanız, ailə daxilində münaqişələrdən qaça bilməyəcəksiniz. Müzakirə və mübahisələrdən qaçın: çox tez əsəbləşir və düşünmək qabiliyyətini itirirsiniz.
Xərçəng - Çoxdan hazırladığınız layihəni gerçəkləşdirməklə yanaşı, bu gün yeni birini də başlayacaqsınız. Bunlar sizin ambisiyalarınıza tamamilə uyğun gəlir və karyerada irəliləməyinizə, gəlirlərinizi artırmağınıza rəvac verir.
İşgüzarlığınız parlaqdır, ancaq şəxsi keyfiyyətləriniz də kölgədə qalmır. Bu gün diqqət mərkəzində olmaq üçün dəridən-qabıqdan çıxmaq lazım gəlməyəcək.
Şir - İşgüzar səfərlər yaxşı nəticə verəcək: yeni tərəfdaşlar tapa, fəaliyyətinizi genişləndirə biləcəksiniz. Bir çox Şirlər yeni məkanda daha çox imkanlar qazanacaqlarını anlayaraq köçmək barədə fikirləşəcəklər. Yeni layihələrə yalnız ciddi planlaşdırmadan sonra başlamaq olar, odur ki, hələ tələsməyin.
Qeyri-formal şəraitdə ünsiyyət, dostlarla görüş üçün yaxşı gündür. Bu gün ən xətrədəyən sözləri elə ehmalca deyirsiniz ki, ətrafınızdakıların sizdən küsmək heç ağıllarına da gəlmir. Pül gözləyirsiniz, amma gecikir. Narahat olmayın, maliyyə vəziyyətiniz elə də pis deyil.
Qız - Əgər bu gün eyhtiyatlı və diqqətli olsanız, həftənin sonunadək bir çox narahatlıqdan canınızı qurtara bilərsiniz. Elə səhvləriniz ola bilər ki, onları düzəltmək üçün çox vaxt və əsəb sərf etməli olarsınız. Günün ən yaxşı cəhəti odur ki, sizə kömək edə biləcək insanlarla mübahisə etmir, əməkdaşlar və rəhbərliklə yaxşı münasibətlərinizi qoruyub saxlayırsınız.
Emosional fon gərgindir: əsəbi çılğınlıq həddindəsiniz. Bir qədər sakit olmağa çalışın, sakitliyə çəkilmək imkanı varsa, həmən yararlanın, dincəlin.
Tərəzi - Həftə möhtəşəm başlanır. Peşəkar başlanğıclar uğur gətirəcək, layihələriniz bəyəniləcək. Heç kim sizin təcrübənizə, biliklərinizə və peşəkar keyfiyyətlərinizə şübhə etmir, bu isə məhsuldar əməkdaşlığa rəvac verir.
Sevinmək üçün xüsusi bəhanə axtarmaq lazım deyil, xırda xoş hadisələr də kefinizi yüksəldəcək. Romantik münasibətlərlə bağlı çoxdankı bir arzunuz yerinə yetəcək, gizli və güclü hisslər bəslədiyiniz bir insanla yaxınlaşa biləcəksiniz.
Əqrəb - Bir neçə işi eyni zamanda görmək, həmçinin səlahiyyətləri bölüşdürmək bacarığınız nəinki öz problemlərinizi, həmçinin başqalarının işini də düzəltməyə kömək edəcək. Uzaqlardan alacağınız xəbərlərə sevinəcəksiniz.
Köhnə dostlarınızla planlaşdırılmamış görüşlər gözlənilir. Uzunmüddətli simpatiya isə bu gün qarşılıqlı məhəbbətə çevrilə bilər. Məişətdə lazım olan əşyalar, məsələn, texnika almaq üçün uyğun gündür. Ancaq incəsənət əsərləri, ekstravaqant geyim, kosmetika almaq məsləhət deyil.
Oxatan - Nə istədiyinizi çox yaxşı bilirsiniz, bu səbəbdən də tələb olunan qurbanı (təbii ki, kor-koranə yox) verməyə hazırsınız. Bu, yaxşı mövqedir və ətrafınızdakılar onu lazımınca qiymətləndirəcəklər. Heç kim sizə təzyiq göstərməyə, öz rəyini aşılamağa çalışmayacaq.
Enerjiniz çoxdur, onu xoş məcraya yönəltməyə çalışın. Əgər fiziki işlə məşğul olmursunuzsa, idman salonuna, yaxud hovuza gedin. Gün uşaqlarla ünsiyyət, ailəvi istirahət üçün uyğundur.
Oğlaq - Yeni layihələr başlaya, eksperimentlər apara, risk edə bilərsiniz. Möhtəşəm və qeyri-adi bir layihəni gerçəkləşdirə bilərsiniz, amma sağlam düşüncəni yaddan çıxarmayın: yalnız bu cür lazımi nəticəni əldə edə bilərsiniz. Rəhbərlik və iş ortaqlarınızla münasibətləriniz o qədər də hamar deyil, ancaq sizin xırda zəifliklərinizi, emosional çılğınlıqlarınızı bağışlayacaqlar.
Yaxınlarınıza da qayğı göstərmək lazımdır. Unutmayın ki, zəhmətiniz hədər getməyəcək, nəinki sevdiklərinizi xoşbəxt edəcək, həmçinin münasibətlərin sonrakı müsbət inkişafının da əsasını qoyacaqsınız.
Dolça - İstədiyinizə çatmaq üçün bu gün çox zəhmət çəkməli olacaqsınız. Problem və maneələrdən qorxmursunuz, ancaq bəzən diplomatiya tələb olunan yerdə çox sərt davranırsınız. İş münasibətlərində yumşaqlıq göstərməsəniz, günün ikinci yarısı ciddi münaqişələrlə rastlaşacaqsınız.
Ənənələrə riayət etməyə, sizdən böyüklərə qulaq asmağa çalışın. Ekstravaqant əşyaların alınması məsləhət deyil. Ümumiyyətlə, yaxşı olar ki, özünüzə çox diqqət cəlb etməyəsiniz.
Balıqlar - Kənardan ciddi mənfi təzyiqə məruz qala bilərsiniz. Əgər məsləhətlərə qulaq verməsəniz və öz bildiyiniz kimi hərəkət etsəniz, yalnız qazanarsınız. İstənilən xarakterli yeni münasibətlər qurarkən partnyorunuzun etibarlılığını yoxlayın: bu gün hamıya gözüyumulu inanmağa hazırsınız, bunun nəticəsi isə pis olar.
Enerjiniz və yaradıcı potensialınız yüksəkdir. Ancaq başqalarından onların gücü çatdığından daha çox tələb edirsiniz. Bu isə mübahisələrə səbəb ola bilər. Bir qədər yumşaq olmağa, daha çox götür-qoy etməyə çalışın.
Milli.Az