Hindistanın Mumbai şəhərində adətən filmlərdə rast gəlinən bir hadisə baş verib. Belə ki, 24 il öncə ailəsini itirən gənc qolundakı döymə sayəsində anasına qovuşa bilib.
Qaneş Raqxunat Dhanqade 1989-cu ildə, 6 yaşında olarkən vağzalda bir anlıq səhlənkarlıq nəticəsində ailəsini itirir. Bir müddət o, bir balıqçının evində qalır, sonralar iki uşaq evini dəyişir. Gənc yaşlarında avtomobil qəzasına uğrayır, 4 ay komada yatdıqdan sonra ayılır, ancaq yaddaşını itirir.
Müəyyən vaxt keçdikdən sonra o, hüquqmühafizə orqanlarında işə başlayır. Bu müddətdə ailəsini axtaran gənc üçün yeganə ip ucu sağ qolunda anasının adı – Manda yazılan döymə olur. Lakin polis olması onun bu işini asanlaşdırır. Qaneş Raqxunat Dhanqade arxivləri araşdırmağa başlayır, izlər onu Mama Bxanya qəsəbəsinə gətirir. Yerli sakinlər ona uzun illər öncə oğlunu itirmiş və hazırda dağda bir komada yaşayan qadının daxmasını göstərirlər. Bu qadın doğrudan oda onun anası idi…
"Mən ona əlimi göstərdim və anam həmin an məni tanıdı. Biz bir anlıq susduq, sonra isə qucaqlaşaraq ağlamağa başladıq", - deyə gənc xatırlayır.
Artıq o, təkcə anasını deyil, həm də bacı və qardaş da əldə edib və bir daha onlardan ayrılmayacağını bildirib.
Big.az