Azərbaycanda yeni körpü tikilir
21.10.2013

Gəncənin mərkəzində avtomobil sıxlığını aradan qaldırmaq üçün yeni körpü salınacaq.

Bu barədə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə bu ilin 9 ayı ərzində görülən işlərlə bağlı hesabat yığıncağında bildirib. E. Vəliyev deyib ki, hazırda şəhəri iki hissəyə bölən Gəncə çayı üzərində 7 körpü var və bu körpülər uzun müddət, təmir edilmir.

"Nəqliyyat naziri Ziya Məmmədov Gəncədə olanda onunla söhbətimiz oldu. Şəhərdəki 7 körpünün əsaslı təmir edilməsinə razılıq verilib, gələn il mövcud körpülərdə əsaslı təmir işlərinə başlanılacaq", - deyə o bildirib.

E. Vəliyev əlavə edib ki, şəhərdə avtomobillərin sıxlığını azaltmaq üçün Gəncə çayı üzərində Gülüstan qəsəbəsi istiqamətdə yeni körpü də salınacaq.

Big.az