Rafael Ağayevdən daha bir uğur – Foto
22.10.2013

Dördqat dünya, səkkizqat Avropa çempionumuz bu dəfə Rusiyada fərqləndi.

Sankt-Peterburqda Ümumdünya təknövçülük oyunları davam edir.

Azərbaycan karateçisi, dördqat dünya çempionu, səkkizqat Avropa çempionu Rafael Ağayev növbəti qızıl medalını qazanıb.

Ağayevin özünün bildirdiyinə görə, o, Misir, Hollandiya və ABŞ-dan olan rəqibləri üzərində üç qələbə qazanıb.

Bu mərhələdə Rafael alman karateçisi üzərində inamlı qələbə qazanıb və finala yüksəlib. Həlledici görüşdə idmançımız italiyalı Luici Busa qalib gəlib və qızıl medala sahib olub.

Oxu.az