Velosiped üçün "ağıllı" təkər yaradılıb - VIDEO
22.10.2013

Son yeniliklərdən olan smart “FlyKly”-in arxa təkərini istənilən velosipedə sərbəst quraşdırmaq olar.

Velosiped üçün “ağıllı” təkər yaradılıb. Son yeniliklərdən olan smart “FlyKly”-in arxa təkərini istənilən velosipedə sərbəst quraşdırmaq olar. Nyu-Yorklu gənclər tərəfindən yaradılmış “FlyKly” minimal səylərlə hərəkət sürətini artırmağa kömək edir. Bu həmçinin smartfon və GPS vasitəsilə velosipedi məsafədən qorumağa və izləməyə icazə verir.

Sürətin artması üçün təkərə yenidən doldurulan litium batareyalı kiçik elektrik mühərriki quraşdırılıb. Bu motor sayəsində velosipedçinin səyi olmadan sürət saatda 50 kilometrə qədər artır.

VİDEO

Big.az