Yüksək Texnologiyalar Parkının inşa ediləcəyi yer müəyyənləşmişdir
22.10.2013

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı (“YT Park”) Pirallahı rayonunda inşa olunacaqdır.

Nazirliyin mətbuat xidmətindən bildirilmişdir ki, bunun üçün rayonda 50 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda parkın formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və digər təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır.
“YT Park” informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.

AzərTac