Qoç – Bu gün baş verən hadisələrlə sizin öz əməlləriniz arasında bir bağ tapmaq çətin deyil. Odur ki, bir çətinlik yaransa, tələsik günahkar axtarmağa çalışmayın. Əgər hadisələr xoşunuza gəlmirsə, çalışın, panikaya düşməyəsiniz. Yalnız sakitlik və təmkinlə şəraitə hakim ola bilərsiniz.
Yaşlı qohumlarınızla aranızdakı münasibətlər gərginləşir. Onlar sizin zəifliklərinizi, səhvlərinizi göstərməkdən usanmırlar. Ancaq sevdiyiniz şəxslə münasibətləriniz yaxşı olacaq və birlikdə xoş vaxt keçirəcəksiniz.
Buğa – Gün sakit axarlıdır. Məqsədyönlü Buğalar istədiklərinə çatacaqlar. Düzdür, bu, elə də sürətlə baş verməyəcək. Amma sizin səbriniz böyükdür. Yeni iş ortaqları ilə münasibətləri düzəltmək imkanı yaranır. Bunların arasında elələri də var ki, onlarla əməkdaşlıq barədə siz əvvəllər yalnız arzu edirdiniz.
Yaxınlarınızla münasibətlərinizh ahəngdardır. Ailədə qarşılıqlı anlaşma hökm sürür. Yeni tanışlarınızın hörmətini qazanmaq çətin olmayacaq. Sizin məsləhətlərinizə hamı, o cümlədən yaşlı nəslin nümayəndələri qulaq asırlar.
Əkizlər – İstənilən şəraitdə müstəqil hərəkət edən və risklərdən qorxmayan Əkizlər işlərində müvəffəqiyyət qazanacaqlar. Həddindən artıq ehtiyatlılıq sizi geriyə çəkən lövbərə bənzəyir. Özünüzə inanın və o zaman hiss edəcəksiniz ki, şərait dəyişir.
Yeni təəssüratlar dalınca qaçırsınız. Eksperimentlərdən çəkinməyin, özünüzə yeni tanışlar tapın, öz hissləriniz barədə çəkinmədən danışın. Nə qədər səmimi olsanız, o qədər yaxşı olacaq.
Xərçəng – İntuisiyanız sizə başqalarına mane olmadan öz mənafelərinizi qorumaq üçün nəyi necə etməyi yaxşı tövsiyə edir. Yalnız bir şey uğurunuzun qarşısını kəsə bilər - öz gücünüzə inamsızlıq, kimdənsə haqlı olduğunuza dair rəy gözləməyiniz. Təəssüf ki, bu gün tərəfdaşlarınız az, sizə «doğru» yol göstərmək istəyənlər isə çox olacaq.
Öz mövqeyinizi müdafiə edin, heç olmazsa, özünüzün haqlı olduğunuza inanın. İstənilən ötəri tanışlıq daha güclü münasibətə çevrilə bilər, təbii ki, əgər bunu istəyirsinizsə. Bu gün buzları qıra, ürəklərə yola tapa bilirsiniz.
Şir – Əməkdaşlıq üçün yaxşı gündür, xüsusilə sizin üçün yeni olan bilr sahədə daha uğurlusunuz. Prioritetləri düzgün təyin edir, hamıya sərf edəcək planlar qura bilirsiniz. Köhnə əlaqələrin bərpa edilməsi üçün də uyğun vaxtdır. Xarici iş ortaqları ilə danışıqlar yüksək səviyyədə keçəcək.
Pullarla ehtiyatlı olun, onlar gözlənilmədən yoxa çıxır. Ancaq əvəzində sevgidə bəxtiniz gətirir. Şəxsi münasibətlərdə təşəbbüs göstərin, ürəkli olun, hisslərinizi açıq deyin, görüş təyin edin.
Qız – Ardıcıllığı pozmayın, əvvəldən qurduğunuz plana uyğun hərəkət edin.
Başqaları sizi nəyəsə təhrik edirlərsə, onların sözünə qulaq asmayın. Müstəqil fəaliyyətinizdə, elmi və ya tədqiqat işinizdə irəliləyişlər gözlənilir. Mürəkkəb məsələləri həll edə bilərsiniz. Sadəcə, diqqətinizi cəmləyin.
Şəxsi münasibətlərdə qətiyyət göstərməlisiniz. Onların gələcək inkişafı yalnız sizin israrınızdan asılıdır.
Tərəzi – Yaradıcı potensialınız yüksəkdir. İşgüzarsınız. Yorulmadan fərqli istedadlarınızı nümayiş etdirirsiniz. Rəqibləriniz isə paxıllıqdan partlayırlar. Bu səbəbdən çalışın, ətrafınızdakı adamlar bədniyyətli olmasınlar. Bu gün nəinki fantaziyanız, hətt şöhrətpərəstiliyiniz bütün işlərinizə rəvac verir, bu isə həm başgicəlləndirici uğur, həm də eyni dərəcədə ağbır uğursuzluqla bitə bilər.
Şəraitə nəzarəti başına buraxmayın. Bu gün sizə böyük var-dövlət gətirəcək bir işdə əla nəticələrə imza ata bilərsiniz.
Əqrəb - Bu gün sürprizlərlə doludur. Olsun ki, heç onların çoxunu ağlınıza belə gətirmirdiniz. Şərait həddindən artıq uğurludur, belə bir imkandan yararlanmamaq isə sizinçün günaha bərabərdir. Aktiv və qətiyyətli hərəkətlər lazımi nəticələri tez əldə etməyə və böyük xərclərdən qurtarmağa yardım edəcək.
Yaxın adamlarınız sizin bütün iqşlərinizdlə dəstəkləyəcək, həmçinin çox maraqlı təkliflər verəcəklər. Ailə ilə bağlı hər hansı bir layihənin başlanğıcı üçün əla gündür.
Oxatan – Gün qeyri-adi hadisələr, xoş sürprizlərlə doludur. Romantik cəbhədə yaxşılığa doğru dəyişikliklərin şahidi olacaqsınız. Sevginizi etiraf etmək, hətta ailə qurmaq təklifi verə bilərsiniz. Özünüzə o qədər inamlısınız ki, sizə yox deyə bilmirlər. Yeri gəlmişkən, bu imkandan iş həyatında da istifadə edə bilərsiniz.
Ola bilsin ki, əlinizə müəyyən miqdarda pul gəlsin. Onu necə yerbəyer etməyi isə özünüz yaxşı bilirsiniz.
Oğlaq - İşdə, necə deyərlər, iri addımlarla irəliləyirsiniz. Gün məhsuldardır, konkret bir nəticə əldə etmək üçün yaxşı vaxtdır. Maliyyə məsələlərində qətiyyətli olun. Yaxınlarınız hər işinizdə sizə dəstək olurlar. Sevdiyiniz isə zəifliklərinizə göz yumur, maraqlarınızı qarşılayır. Əgər gününüzün çox hissəsini işə həsr etsəniz, yarınız buna bir söz deməyəcək.
Əgər təşkilatçılığı boynunuza götürsəniz, ziyafətlər və əyləncəli tədbirlər yaxşı keçəcək. Eenrjiniz çoxdur.
Dolça – Yeniliklərlə bir qədər ehtiyatlı olun. Vaxtilə sizə kömək vəd edən insanlar sözlərinin üstündə durmayacaqlar. Odur ki, heç gözləmədiyiniz anda öz həyata keçməyən ideyalarınızla baş-başa qala bilərsiniz. İş ortaqlarınız və ya qarşı cinsin nümayəndələri ilə xoşagəlməz anlar yaşaya bilərsiniz.
Enerjiniz çoxdur, amma onu düzgün sərf etmirsiniz: sadəcə qapını açmaq əvəzinə, bütöv bir divarı sındırırsınız.
Balıqlar – Bu qədər ciddi olmayın. Bu gün yelbeyinlik etmək zamanıdır. Milçəkdən fil düzəltməyi buraxdığınız an problemlərin tez həll olunduğunun şahidi olacaqsınız. Maliyyə işləri isə istisna təşkil edir: burada həm ciddi, həm məsuliyyətli olmalı, yaxşıca götür-qoy etməlisiniz.
Eşqə düşməyiniz mümkündür. Bu münasibət ciddi olmayacaq, amma həyatınızı rəngləndirəcək. Öz yarınızı artıq tapmısınızsa, o zaman münasibətlərinizdə yeni səhifə açmağa dəyər.
Milli.Az