Britaniya mağazalarında təkcə bu ilin yarısı ərzində 28,5 ton satılmamış və vaxtı ötmüş məhsul yığılıb
Böyük Britaniyada hər bir ailə ildə 1100 dollar dəyərində ərzaq mallarını zibil kimi atır. Bunu Britaniyanın ticarət şəbəkələrindən biri olan “Tesco”da aparılan araşdırmalar sübut edib.
Mağalarda təkcə bu ilin yarısı ərzində 28,5 ton satılmamış və vaxtı ötmüş məhsul yığılıb.
Sənədin müəllifləri aydınlaşdırıb ki, insanlar daha çox qablaşdırılmış salat atırlar (68%). İkinci yeri isə çörək və un məhsulları tutur (50%). Atılan məhsullar arasında 40%-ə qədərini alma tutur. Banan isə 25%-lə ən çox atılan məhsullar arasında sonuncu yerdədir.
Bu araşdırmadan sonra ticarət şəbəkəsinin rəhbərliyi məhsulları kiçik qablarda satmağa qərar verib. Bundan başqa supermarketlərin də vitrinlərdə ərzaq nümunələrinin miqdarı azaldılacaq.
ANS PRESS