Bu il Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 100 ili tamam olub.
Bu münasibətlə, Prezident İlham Əliyev N.Rəfibəylinin yubileyin dövlət səviyyəsində keçirilməsi ilə bağlı 4 mart 2013-cü il tarixli Sərəncam imzalayıb.
Sərəncamın icrasına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə cari ilin oktyabr ayında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilməsi nəzərdə tutulan yubiley gecəsinin vaxtı dəyişdirilərək, noyabr ayına keçirilib.
Nazirlikdən verilən məlumata əsasən, tədbirin dəqiq vaxtı və proqramı haqqında mətbuata ətraflı məlumat veriləcək.
Gün.Az