Prezident İlham Əliyev Azərbaycanda 2012-ci ili “İdman ili” elan edib
17.1.2012

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Gənclər və İdman Nazirliyinə Nazirlər Kabineti ilə birlikdə 2012-ci ilin Azərbaycan Respublikasında “İdman ili” elan edilməsinə dair tədbirlər planını hazırlayıb bir ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.