Fransız şirkəti tərəfindən 2014-cü ildə Braziliyada keçiriləcək FİFA dünya çempionatının 100 illiyinə həsr olunmuş “F2014” adlı film çəkilir.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata əsasən, filmin çəkilişləri Braziliya, Fransa, İsveçrəylə yanaşı Azərbaycanda da aparılır.
Ölkəmizdə aparılan çəkilişlər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən həyata keçirilir.
Filmdə Beynəlxalq Futbol Federasiyasının Prezidenti Jül Rime rolunu məşhur fransız aktyoru Jerar Depardye canlandırır.
Gün.Az