2030-cü ilədək həyata keçirilməsi planlaşdırılan “Böyük Bakının Regional İnkişaf Planı”nın icrasına gələn ildən başlana bilər.
Bu barədə Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.
C.Qocayev planın yekun layihəsinin ilin sonunadək hökumətə təqdim olunacağını qeyd edib.
Onun sözlərinə görə, hazırda layihənin son dəqiqləşdirmə işləri aparılır.
Komitənin şöbə müdiri qeyd edib ki, layihə təsdiq olunandan sonra 3 ay müddətinə onun tədbirlər planı hazırlanacaq:
“Ehtimal olunur ki, martın axırına və ya aprelin əvvəlinə tədbirlər planı hazır olacaq. Tədbirlər planında layihə üzrə işlərin konkret icra vaxtı göstəriləcək”.
gun.az