Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” Mahnı Müsabiqəsində səsvermə qaydaları ilə bağlı yeni qərar verilib.
Bu ildən etibarən səsvermə son 15 dəqiqə ərzində həyata keçiriləcək.
Belə ki, 2010-cu ildən tamaşaçılar yalnız son 15 dəqiqə ərzində deyil,
birinci mahnıdan səs vermək imkanı qazanmışdılar. Lakin bu il Avropa
Yayımları Birliyi (EBU) yenidən köhnə sistemə qayıtmaq qərarına gəlib.
Artıq bu qərar qüvvəyə minib. Bakıda keçiriləcək “Eurovision-2012”də hər
zaman olduğu kimi münsiflər əsas məşqlərə görə öz xallarını istədikləri
ifaçıya verə biləcəklər.