Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi
beynəlxalq turnirdə III turun oyunları yekunlaşıb. Üçüncü yarış günü
həmyerlilərimiz - Teymur Rəcəbovla (2773) Vüqar Həşimov (2761) üçün
uğurlu alınıb.
Belə ki, bir dövrədən ibarət turnirin III turunda Rəcəbov ilk qələbəsini
qazanıb. O, ağ fiqurlarla David Navaranı (Çexiya, 2712) mat etməkdə
çətinlik çəkməyib.
Həşimov da qara fiqurlarla lazımı heç-heçəyə nail olub. Vüqar Lyuk Van Veli (Hollandiya, 2692) ilə xalları yarı bölüb.