WhatsApp: 2 ayda 50 milyon
24.10.2013

İki ayda müxtəlif mobil platformalarda əlçatan olan WhatsApp messencerinin aylıq auditoriyası 50 milyon artıb və hazırda 350 milyon təşkil edir. Bu barədə Nokia World konfransında sözügedən xidmətin baş direktoru Yan Koum deyib.

Nokia şirkətinin yeniliklərinə həsr edilmiş tədbirdə Koumun çıxışı heç təsadüfi deyil. Finlandiya şirkəti uzun müddətdir WhatsApp xidməti ilə əməkdaşlıq edir: hazırda gündəlik messencerdə Symbian, Asha və Lumianın 250 mindən çox istifadəçisi qeydiyyatdan keçir.

2013-cü ilin avqustunda elan edilmiş statistikaya əsasən, gündəlik WhatsApp tətbiqi ilə təxminən 31 milyard mesaj və 325 milyon fotoşəkil ötürülür.

www.publika.az