Hazırda mövsümlə bağlı çaylarda daşqın təhlükəsi gözlənilmir.
Ekologiya və təbii naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, daşqınlara səbəb olan çaylarda videokameralar quraşdırılıb və orada olan vəziyyəti hər kəs canlı izləyə bilər.
Nazir qeyd edib ki, kameralar dağ çayları arasında əsas təhlükəli olan Kiş və Aran zonasında daşqınlara səbəb olan Kür çayında quraşdırılıb.
APA