Hadisəyə canlı yayımda sürpriz - Video
24.10.2013

Türkiyəli pop-ulduz sayılan Hadisəyə "O səs Türkiyə" yarışmasında gözlənilmədən sürpriz edilib.

Ad gününü proqramda qeyd edən müğənniyə məşhur aparıcı Acun Ilıcalı səhnəyə böyük bir tort gətirdib və doğum günü mahnısı ifa olunub.

Üçüncü ildir ki, eyni yarışma proqramında ad gününü qeyd etmək qismət olan Hadisə, "Üç ildir ki, burada doğum günümü keçirirəm. "Acun Mediya"nın əllərində böyüdüyümü hiss edirəm" deyə zarafat edib.

Video

gun.az