Gündə beş dəfə yemək artıq çəkidən xilas edə bilər.
Səhər yeməyi, nahar, şam və əlavə iki qəlyanaltı arıqlamağa kömək edir. Bunlardan birini, xüsusən səhər yeməyini, ötürmək isə əks effekt verə bilər.
4 min nəfəri anadan olandan 16 yaşınadək öyrənən araşdırmaçılar müəyyən ediblər ki, gündə beş dəfə yemək yeyənlərin bədən çəkisi indeksi aşağı olub. Hətta onların valideynlərinin kökəlməyə meylli olması da onlara təsir etməyib.
Gündəlik 5 öynədən birinin buraxılması isə çəkinin artmasına səbəb olub.
Alimlər əmindirlər ki, qida vərdişləri piylənmənin inkişafında ən əsas amildir.
Big.az