Bu həftə saatların bir saat geri çəkilməsi ilə Azərbaycanda yay saatı ləğv ediləcək.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, oktyabrın 27-si saat 05:00-da əqrəblərin 1 saat geri çəkilməsi ilə respublika ərazisində yay vaxtı ləğv ediləcək və bununla da qış vaxtına keçiləcək.
Qeyd edək ki, 17 mart 1997-ci il Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda yay və qış vaxtına keçid tətbiq edilir. Belə ki, qərara əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə Azərbaycanda qış vaxtı ləğv edilir və ölkədə yay vaxtına keçilir.
Oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir və ölkə ərazisində qış vaxtı tətbiq olunur.
Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Gün.Az