Meymunabənzər robot kosmosa tədqiqat aparacaq - VİDEO
25.10.2013

Təkamül prosesi zamanı milyonlarla il vaxt aparan hərəkətləri Almaniyanın Bremen Universetinin mütəxəssislərinin hazırladığı AyStrakt meymun-robotu bir neçə saniyə ərzində həyata keçirir.

Mexaniki onurğa sütununa sahib olan robot bir neçə ay əvvəl yalnız dörd ayağı üzərində hərəkət etsə də, qısa müddət ərzində təkamül prosesini qət edərək iki ayağı üzərinə qalxıb. AyStrakt robotunun bu xüsusiyyətləri kosmosda tədqiqatlar aparılan zaman daha dəqiq və çevik məlumatlar əldə etməyə imkan verəcək.

AyStrakt robotunun bədəninn müxtəlif yerlərində quraşdılmış 50-ə yaxın ötürücü robotun hərəkət etdiyi məkanın təzyiqini, bucağını, havasını və digər xüsusiyyətlərini ölçərək robotun azad hərəkət etməsinə imkan yaradır.

Texniklərin diqqət ayırmadığı yeganə cəhət hələlik robotun yuxarı hissəsidir. Robotun tam hazır vəziyyətinin noyabr ayında keçiriləcək konfransda təqdim olunacağı bildirilib.

VİDEO


ANS TV