Dünya ölkələrinin gender bərabərliyinə görə reytinq siyahısı açıqlanıb.
Siyahının ilk pilləsində İslandiya yer alıb. Sonrakı yerləri müvafiq olaraq Finlandiya və Norveç tutur. 4-cü yerdə İsveç qərarlaşıb. İlk beşliyi isə Filippin qapayır.
Ümumilikdə reytinqə 136 ölkənin adı salınıb. Azərbaycan reytinq siyahısında 99-cu yerdədir. Şimal qonşumuz Rusiya 61-ci, Gürcüstan 86-cı, Türkiyə 120-ci, Misir 125-ci, Səudiyyə Ərəbistanı 127-ci, İran 130-cu, Suriya 133-cü, Pakistan isə 135-ci yerdədir.
Reytinq qadınların iqtisadi və siyasi həyatda aktiv iştirakı, təhsilin səviyyəsi, qadınların yaş həddi və başqa göstəricilər əsasənda tərtib edilib.
ANS PRESS