İyulun 11-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşəbbüsü ilə “Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri” mövzusunda Beynəlxalq elmi konfrans işə başlamışdır.
Tədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq konfransın mədəniyyət siyasətinin həyata keçirilməsində elmin iştirakını təmin etmək, habelə ölkəmizdə mədəniyyət təzahürlərinin təhlilinə həsr olunmuş tədqiqatların dəstəklənməsi məqsədi ilə təşkil olunduğunu bildirmişdir. Tədbirdə azərbaycanlı mütəxəssislərlə yanaşı, Rusiya, Ukrayna, Belarus və Litvadan gəlmiş alimlər çıxışlarında seçilmiş mövzunun aktuallığı və bu istiqamətdə görülməsi vacib olan işləri ətraflı təhlil etmişlər.