Dünyanın ən bahalı brednlərindən biri “Salvotore Ferragamo” Milan həftəsində 2013-2014-cü ilin payız-qış kolleksiyasını nümayiş etdirib.
Yeni kolleksiyada qədim kişi döyüşçülərinin geyimi xatırladan atributlardan istifadə edilib. Döyüşçü geyiminə bənzəyən yeni kolleksiya sanki qadının daxili gücünü, enerjisini və özünəinamı üzə çıxarmağa çalışıb. Qısa dəri ətəklər, yum geyimlərin üzərindən asılmış dəri geniş kəmərlər, enli dəri plaşlar və.s ibtidai hərbi geyimlərindən alınmış detallardır. Hətta ən kobud stildən belə yüksək zövqə malik olan hər kəs bəzi detalları oğurlayaraq zərifliyə və estetikaya çevirmək mümkündür.
Açıq-aydın görünür ki, bu kolleksiyanın gücü onun universiallığındadır. Kolleksiyada qara, boz, mavi və ağ rənglərin harmosiyasından məharətlə istifadə edilib. Qara və mavinin kombinasiyası olduqca mürəkkəb və ağır sintezdir. Kreativ dizayener isə bunun öhdəsində bacarıqla gələrək sirli və gizli qadın obrazı yarada bilib. Publika.Az markanın mövsüm üçün nəzərdə tutulmuş kolleksiyasını təqdim edir.
publika.az