Uşaq kobralar arasında - Video
25.10.2013

Uşaq kobraların arasında yatıb. İlanlar hər an körpəni sanca bilər. Görüntülər dəhşət saçır. İlanlar uşağın ətrafında dövrə vururlar. Onların yaxınlığına heç kəs gedə bilmir. Uşaq isə mışıl mışıl yatıb. Körpə bəzən çevrilərək ilanlardan birini qucaqlayır. Sanki ilanlar uşağın keşiyini çəkirlər. İlanlar sanki uşağa nəvaziş göstərirlər.

Görüntülərin kim tərəfindən və harada çəkilməsi məlum deyil. İnternetə yüklənəndən sonra bu video qısa müddətdə izlənmə rekordları qırıb.

Bəzi mənbələrdə belə məlumatlar var ki bu ilanlar bir nəfərə məxsusdur. Həmin şəxs uşağı ilanlara etibar edərək işə gedib.

Video


Big.az