Norveçdə qaranlığı işıqlandıran nəhəng güzgülər quraşdırılmışdır
28.10.2013

İlin altı ayı ərzində günəş işığından məhrum olan Norveçin Pjukan şəhərini işıqlandırmaq məqsədi ilə günəş şüasını özündə toplayıb sonra əks etdirən nəhəng güzgülər quraşdırılmışdır.
Skandinaviyada sərt keçən qış aylarında səmada günəş görünmədiyindən şəhər tamamilə qaranlığa bürünür. Şəhəri günəş şüasını özündə saxlayıb qaranlıq düşəndə əks etdirən müəyyən qurğunun hazırlanması ideyası ilk dəfə 1913-cü ildə yerli sənayeçiyə məxsusdur. Sahibkar qurğu vasitəsilə müəssisəsini işıqlandırmaq barədə çox düşünmüşdür. Sentyabrdan mart ayına kimi qaranlıq keçən günləri günəş şüası vasitəsilə işıqlandırmaq barədə çox fikirləşsə də, sonda fikrindən daşınmışdır.
2005-ci ildə rəssam Martin Andersen sənaye sahibinin ideyasını reallaşdırmağa cəhd etsə də, onun ixtirası özünü doğrultmamışdır. Digər tərəfdən onun irəli sürdüyü layihə həddindən artıq vəsait tələb edirdi.
Nəhayət şəhərin işıqlandırılması ideyası bu yay gerçəkləşə bilmişdir. Vertalyotların köməkliyi ilə şəhərin mərkəzində 450 metr hündürlükdə nəhəng güzgülər quraşdırılmışdır. Bu güzgülər kompyuterin xüsusi proqramının köməyi ilə günəş şüasını toplayıb sonradan əks etdirməklə şəhəri müəyyən qədər işıqlandıra bilir.

AzərTac