Fransalı əlil Everst dağının ən hündür zirvəsindən paraşütlə tullanmışdır
28.10.2013

Fransız Mark Kopp Everst dağından paraşütlə tullanan ilk əlil olmuşdur. Skleroz xəstəliyindən əziyyət çəkən əlil dünyanın ən hündür dağının 10 min metr hündürlüyündən paraşütlə yerə sağ-salamat eniş etmişdir. 55 yaşlı əlil zədə alıb-almamasını yoxlamaq məqsədilə Nepal xəstəxanasında yerləşdirilmişdir. Onu müayinə edən həkimlər bu tullanışdan özünü xoşbəxt sayan fransızızn zədə almadığını bildirmişlər.
Dostu ilə birlikdə tarixi tullanış edən əlil onun bu hərəkətinin digər əlilləri ruhlandıracağına əminliyini bəyan etmişdir.

AzərTac