Məktəbdən qaçan milyonçu
28.10.2013

Bu gün “Microsoft” şirkətinin qurucusu Bill Geytsin doğum günüdür.

O, 1955-ci ilin bu günü Vaşinqtonda (Sietl) doğulub. Onun ailəsi sosial baxımdan orta sinfə mənsub olsa da, yüksək nüfuza malik olub. Billin atası dövrünün görkəmli vəkillərindən olub. Billin iki bacısı var. 1994-cü ildə Bill Qeyts Melinda Frenç Qeytslə evlənir.

Hazırda onların üç övladı var. Cennifer Ketrin Qeyts 1996-cı ildə, Rori Con Qeyts 1999-cu ildə, Foebe Adeli Qeyts isə 2002-ci ildə dünyaya gəlib.

Bill Qeyts fərdi kompyuter inqilabının ən məşhur sahibkarlarından biridir. İndiki məşhur sahibkarı uğura aparan yol öz başlanğıcını məktəb illərindən götürüb. Hələ məktəbdə oxuyarkən bəzi dərslərdə iştirak etməyən Bill hamıdan gizli kompyuter otağına gedib, orada kompyuterlərlə maraqlanarmış. Beləcə o, proqram təminatı kodeksini mükəmməl öyrənib.

Məhz bunun sayəsində Bill ilk kiçik proqramını da yazıb. Onun bu bacarığı ətrafındakı hər kəsi heyran qoyurdu. Buna baxmayaraq, Bill daha çox öyrənmək və bilmək istəyirdi. Sietldə kiçik bir firma ilə razılığa gələn Bill, onlara edəcəyi köməyin müqabilində daha çox məlumat əldə etmək imkanı qazanır.

Müəyyən bir müddət bu kiçik ofisdə çalışan Qeyts proqramçıların heç də hər şeyi ona öyrətmədiyini anlayır və oradan uzaqlaşır.

Yayılan məlumatlara görə, bu hadisədən sonra Bill Qeyts ötən əsrin 70-ci illərində ilk kompyuteri istehsal etmək üçün dostu ilə birlikdə öz maşınını satıb, 700 dollar da borc alıb. Beləliklə, 1200 dollara iki kompyuter istehsal olunub. Cəmi 10 ildən sonra isə 2 milyard dollar gəlir əldə edilib.

Hətta öz biznesini böyütmək üçün Billin yaxın dostu Poll Allenlə poker oynadığı, qazandıqları pulu kompyuter avadanlıqları istehsalına yönəltdiyi barədə məlumatlar da gəzir.

Bill Qeytsin sərvəti barədə daim müxtəlif fikirlər səsləndirilir. Təxmini hesablamalara görə, 1 il ərzində saniyədə 250$ qazanır. Deyilənə görə, o yer üzündəki hər kəsə 15$ borc versə yenə də cibində 5 milyon $ pul qalar.

Maykl Cordan ABŞ-ın ən çox pul qazanan idmançısıdır, buna baxmayaraq, o heç bir şey yeyib içməsə və illik qazancı 30 milyon $ olsa yenə də onun Bill Qeyts qədər zəngin ola bilməsi ücün 277 il gözləməsi lazımdır

Son məlumatlara görə isə, Bill Geyts İspan inşaat şirkəti “Fomento de Construcciones&Contratas SA”dan hissə alıb. Geytsin İspaniyada müflisləşən inşaat sektoruna investisiya yatırması birjadakı tikinti firmalarının səhmlərinin də 440 milyon avro dəyər qazanmasına gətirib çıxarıb. Bill Geyts Barselonada olan FCC şirkətinin 5.7% hissəsi üçün 113.5 milyon avro ödəyib.

İllərdir Bill Qeyts "Forbes" curnalının hər il tərtib etdiyi dünyanın varlı adamları siyahısının başında dayanır.

"Microsoft" kompaniyasının əsasını qoymuş əfsanəvi Bill Qeyts vəzifəsindən istefa verib. Kompaniyanın idarəetməsini- baş direktor vəzifəsini isə Bill, Harvardda onunla bir qrupda oxumuş tələbə yoldaşı Stiv Balmerə həvalə edib.

Bill özü isə yalnız şirkətin direktorlar şurasının sədri vəzifəsini öz əlində saxlayıb və bundan sonra daha çox xeyriyyəçilik işləri ilə məşğul olmaq niyyətindədir.

Publika.Az