Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsində 43 ölkə təmsil olunacaq
18.1.2012

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcək ölkələrin adları açıqlanıb. Mayda Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsində iştirak etmək üçün 43 ölkə müraciət edib. Onların sırasında müsabiqəyə ötən il qayıtmış İtaliya, Macarıstan, Avstriya da var. Həmçinin “Eurovision” mahnı müsabiqəsində son 3 ildə iştirak etməyən Monteneqro da builki yarışmaya qatılacaq. Bununla da “Eurovision-2012”də iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illərdə qazanılmış rekordu təkrarlamış olacaq.

“Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcək ölkələrin siyahısı:

1. Albaniya
2. Ermənistan
3. Avstriya
4. Azərbaycan
5. Belarus
6. Belçika
7. Bosniya və Herseqovina
8. Bolqarıstan
9. Xorvatiya
10. Kipr
11. Danimarka
12. Estoniya
13. Finlandiya
14. Fransa
15. Makedoniya
16. Gürcüstan
17. Almaniya
18. Yunanıstan
19. Macarıstan
20. İslandiya
21. İrlandiya
22. İsrail
23. İtaliya
24. Latviya
25. Litva
26. Malta
27. Moldova
28. Monteneqro
29. Niderland
30. Norveç
31. Portuqaliya
32. Rumıniya
33. Rusiya
34. San-Marino
35. Serbiya
36. Slovakiya
37. Sloveniya
38. İspaniya
39. İsveç
40. İsveçrə
41. Türkiyə
42. Ukrayna
43. Böyük Britaniya

Polşanın ictimai yayımçısı olan TVP Avropanın bu məşhur televiziya şousuna qatılmamağa qərar verib. “Eurovision” mahnı müsabiqəsinin baş prodüseri Yan Ola Sandın sözlərinə görə, Polşanın bu ilki müsabiqəyə qatılmamasının səbəbi 2012-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsi ilə bağlı təşkilatçı TVP-nin iş qrafikinin gərgin olmasıdır.

APA