Dünyanın ən hündür adamı evləndi – Foto
28.10.2013

Dünyanın ən hündür adamı Sultan Kösen evlənib.

2 metr 51 santimetr boya malik Kösen suriyalı Merve Dibo ilə ailə qurub.

Üç minə yaxın qonağın dəvət olunduğu toy mərasimi Mardində baş tutub.

Boyundan başqa 27,5 santimetrlik əl və 36,5 santimetrlik ayaqları ilə “Ginnesin rekordlar kitabı”na düşən Sultan Kösenin ölçülərinə uyğun bəylik geyimini Daxili İşlər Naziri Muammer Gülər sifariş verib.

Oxu.az