Oktyabrın 29-da “JW Marriott Absheron” mehmanxanasında “Caspian Air Cargo-2013” sammiti işə başlamışdır.
Konfransda dünyanın 28 ölkəsindən 150-dən çox nümayəndə və jurnalistlər iştirak edirlər. Üç gün davam edəcək sammitin iştirakçıları regiondakı kommersiya və texniki yenilikləri, MDB və Asiya ölkələrinin yükdaşınma bazarının xüsusiyyətlərini, eləcə də Avropa və Asiya arasında əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.
Eyni zamanda, sammit çərçivəsində son 10 il də Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiyasının fəaliyyəti və nailiyyətləri müzakirə olunacaqdır.
AzərTac