Akademik Milli Dram Teatrın noyabr repertuarı maraqlı tamaşalarla zəngindir
29.10.2013

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının noyabr repertuarı maraqlı tamaşalarla zəngindir.
Teatrın mətbuat xidmətindən bildirilmişdir ki, noyabrın 1-də Əfqanın “Oliqarx” satirik komediyası, ayın 2-də teatrın gündüz seansında H.Həsənovun “Qürbətdən gələn məktublar”, axşam isə Xalq Yazıçısı Elçinin “Qatil” əsərlərinin tamaşası nümayiş etdiriləcəkdir.
Noyabrın 3-də A.Saqarelinin “Xanuma”, ayın 7-də R.Kuninin “Zorən şorgöz” əsərləri təqdim olunacaqdır.
Teatrsevərlər noyabrın 8-də F.Bruknerin “Napoleon”, ayın 9-da M.Vişnekin “Qoca kloun tələb olunur”, 10-da isə Ə.Əmirlinin “Şah Qacar” tamaşalarına baxa bilərlər.
Teatrın kollektivi noyabrın 14-də Elçinin “Sənətkarın taleyi”, ayın 15-də F.Dürrenmattın “Yaşlı xanımın gəlişi”, 16-da gündüz seansında M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, axşam isə K.Abdullanın “Şah və şair yaxud hamı səni sevənlər burdadır” tamaşasını nümayiş etdirəcəkdir.
Tamaşaçılar noyabrın 17-də C.Məmmədquluzadənin “Anamın kitabı”, ayın 21-də H.Mirələmovun “Gəncə qapıları”, 22-də isə M.Vişnekin “Qoca kloun tələb olunur” səhnə əsərlərinə baxacaqlar.
Noyabrın 23-də teatrın gündüz seansında M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, axşam İ.Əfəndiyevin “Boy çiçəyi”, ayın 24-də isə A.Saqarelinin “Xanuma” tamaşaları göstəriləcəkdir.
Teatrsevərlər noyabrın 28-də R.Kuninin “Zorən şorgöz”, ayın 29-da Ə.Əmirlinin “Şah Qacar”, 30-da isə V.Hüqonun “Qadın məhəbbəti” tamaşalarına baxa bilərlər.
Həmişə olduğu kimi, bu dəfə də teatrın kollektivi balaca tamaşaçıları unutmamışdır. Uşaqlar teatrın gündüz seansında noyabrın 3, 10, 17 və 24-də A.Şaiqin “Danışan gəlincik”, ayın 9 və 30-da isə yazıçının “Qaraca qız” əsəri əsasında hazırlanmış tamaşaya baxacaqlar.

AzərTac