Qadınlar xəritə geyinəcək - FOTO
29.10.2013

Mərkəzi Nyu Yorkdakı Beam Design memarlıq və dizaynerlik şirkətinin yaradıcılarından biri Azin Vali illərlə şəhərlər və xəritələr üzərində işlədikdə sonra yığdığı bilikləri geyimlərin üzərinə köçürərək “xəritə geyimlər” hazırlayıb.

“The Cityzen by Azin” adını verdiyi bu kolleksiyada Nyu York, Los Anceles, Çikaqo, Paris, Bankonq, Tokio, Tehran və s şəhərlərin uzaqdan çəkilmiş fotoları geyimlərin və şalların üzərinə köçürülüb. Bu şəhərlərin hər biri ilə Valinin xatirələri var.

Geyimlərin rənglərini şəhərləri xatırladığı kimi boyayıb. Məsələn, Londonu yaşıl, Tehran qəhvəyi, Nyu Yorkda isə qızılı rənglər önə çıxır.

Bu geyimləri geyinmək hər kəsin cibinə görə deyil. Belə ki, geyimlərin qiyməti 800 dollardan başlayır, şərflərin qiyməti isə 250 dollardan başlayır.

Publika.Az