"Biq Ben" saatının əqrəblərini geri çəkməyə 5 saat vaxt sərf olunub
29.10.2013

İngiltərənin "Biq Ben" qülləsindəki saatının əqrəblərini qış vaxtına keçidlə əlaqədar 1 saat geri çəkməyə 5 saat vaxt sərf olunub.

Londonun rəmzlərindən biri olan "Biq Ben" saatının əqrəblərini 1 saat irəli çəkmək də bu qədər vaxt aparır.

Saatın mexanizmi köhnə olduğuna görə bu proses əziyyətli işə çevrilib.

Britaniya parlamentinin binasındakı 2 min saatı tənzimləməyə isə 2 gün vaxt gedir.

publika.az