ABŞ-da alimlər üz formalarını müəyyən edən genetik xüsusiyyətləri üzə çıxarmağa nail olub.
ABŞ-dakı Lawrence Berkeley beynəlxalq laboratoriyasında aparılan araşdırmada DNT-nin içindəki bəzi “gen gücləndiricilər” vasitəsilə ana qarnındaykən üzün necə formalaşacağı aşkar edilib.
Araşdırmanın nəticələrindən bəlli olub ki, hər insanı unikal edən bu genlərdə ediləcək dəyişikliklərlə doğulacaq uşaqların üz formalarına da təsir oluna bilər.
publika.az