İngiltərəli sənətçi Hetayn Patel öz şəxsi avtomobilini robota çevirib. O robot "Transformers"dən ilhamlanaraq öz "Ford Fiesta" markalı maşınında bir sıra dəyişikliklər edib.
O, avtomobili arxa təkərlərinin üzərinə qaldıraraq qapılarını qollara çevirib. Etdiyi dəyişikliklərdən sonra avtomaşını robota bənzədən Patelin bu işi insanlar tərəfindən maraqla qarşılanıb.
Hetayn Patel bu ideyasını ərsəyə gətirmək üçün atası və qardaşı ilə birlikdə 3 ay vaxt sərf edib. Onun bu yaradıcılıq işi Fransada bir qalereyada nümayişə də çıxarılıb.
Big.az