Qoç - asan olmayacaq. Hətta ən kiçik qələbələrin belə, böyük zəhmət hesabına başa gəldiyi günlərdən biridir. İşgüzar tərəfdaşlarla dil tapmaq asan deyil. Toplantı, konfrans, seminar və s. gözlənilən nəticəni, faydanı vermir, xoş emosiyalar bəxş etmir.
Bu gün səfərə çıxmağı planlaşdırıbsınızsa, yolda düşündüyünüzdən artıq vaxt keçirməyə hazır olun.
Ünsiyyətdə diqqətli olun. Sizdə rəğbət hissi oyatmayan insanlarla təmaslardan yayının. Pis təsir altına düşməyin, boş vədlərə aldanmayın. Yoxlanmamış informasiydan bəhrələnərək səhvlərə yol verməyin. Düşməni aşkarlamaq, tanımaq çətindir.
Buğa - gün ərzində yaranan çətinlikləri intellekt və düşüncə sayəsində qət edə bilərsiniz. Lakin şüurlu davranış yeganə üstünlüyünüz olmamalıdır. Ətrafınızdakı insanların gerçək niyyətləri və arzularından, istəklərindən qismən də olsa, xəbər tutun. İnsanlarla manipulyasiya etməyin, onları istəklərinizin tabeçiliyə salmağı düşünməyin.
Bir qədər fəndgir, hiyləgər olun.
Maliyyə məsələlərində çox diqqətli, sayıq olun. Bədxərclik etməyin.
Pullarınızı tükənməkdən qorumaq üçün xərcləri azaldın.
Sövdələşəmələr və anlaşmalar üçün əlverişli gün deyil.
Danışıqlar aparmaq, yeni sifarişin şərtlərini razılaşdırmazdan əvvəl etibar etdiyiniz insanla məsləhətləşin, bütün gərəkli sənədləri araşdırıb öyrənin.
Əkizlər - gün işdə uğurlar vəd edir. Rəqiblər və bədxahları asanlıqla üstələyəcək, sizə mane olmaq istəyənlərin planlarını alt-üst edəcəksiniz. Nüfuzlu hamilər və ya müttəfiqlər tapmaq şansı var. İstənilən məsələnin həllinə ciddi yanaşın. Qarşınıza qoyduğunuz məqsədə çatmaqda sizə mane ola biləcək xırdalıqları aradan qaldırın.
Nüfuzlu və hadisələrə təsir imkanlarına malik insanlarla ünsiyyət, əməkdaşlıq şərtlərinin müzakirəsi, danışıqlar və potensial iş sahibləri ilə mükalimələr üçün uğurlu vaxtdır.
Son vaxtlar yaşamınızda çətinliklər yaradan problemlərin həlli üçün şanslar yaranıb.
Faydalı vərdişlər əxz edin, zərərli vərdişlərin heç olmasa birini unudun.
Xərçəng - ətrafınızdakı insanların nə istədiklərini anlamağa çalışın. Sizdən gözlənilən güzəşti edin, amma öz maraqlarınızı da unutmayın. Müttəfiq və ya dostlarınızdan biri sizə yardım etmək istəyəcək. Maliyyə durumunuz yaxşılaşacaq.
Alış-verişdə istədiyiniz məhsulu və ya əşyanı ala bilərsiniz.
Gələcəyi düşünün. Bu gün ciddi qərarlar qəbul etmək, uzunmüddətli planlarlar hazırlamaq olar. Həll etməli orlduğunuz məsələnin mürəkkəbliyi sizi çəkindirməsin. Qüvvənizə və potensialınıza güvənin, özünüzdən bədgüman olmayın. Müraciət etsəniz, dostlar və qohumlar sizə yardım edəcəklər.
Şir - işdəki problemlərin həlli üçün uğurlu gündür. Ciddi irəliləyişə bel bağlaya bilərsiniz. Hansı ideyaların perspektivli, hansıların isə illüziya olduğunu müəyyənləşdirin. Fayda verməyən işlərlə məşğul olmayın. Güclü, hadisələrə təsir imkanlarına malik insanlarla təmaslar, rəhbərliklə münasibətlərin dərinləşdirilməsi və ya işgüzar tərəfdaşın aranması üçün əlverişli gündür.
Plan və ideyalarınızı müttəfiqlər, həmfikirlərlə bölüşə bilərsiniz. Sizi dəstəkləyəcəklər.
Şəxsi münasibətlərdə problemlər olacaq. Başqalarına əmrlər verməyin. Ətrafınızdakı insanlar usana bilərlər.
Yumor hissini unutmayın.
Qız - işgüzar münasibətlərin yaradılması, yeni yardımçı və müttəfiq axtarışı üçün əlverişli gündür. İdeyalarınız gərəkli səviyyədə dəstəklənməsə də, onların ən yaxın zamanda reallaşdırıla biləcəyinə şübhə etməyin. İnsanlarla asanlıqla dil tapırsınız. Hətta ilk dəfə gördüyünüz şəxslə rahatlıqla danışırsınız.
Təmas və əlaqələrdə problemlər olmayacaq.
Gəlir istisna deyil. Maddi vəziyyətinizdə müsbət irəliləyişlər müşahidə olunacaq. Alış-verişdə bədxərclik etməyin.
Axşam saatları dostlarla bir araya gəlmək üçün əlverişlidir.
Tərəzi - asan olmayacaq. Günün başlıca problemi işdə ətrafınızdakı insanlarla münasibətlərdir. Onlar qarışıqdır, birmənalı deyil. Etibar edə biləcəyiniz insanı seçməkdə çətinlik çəkə bilərsiniz. Ən kiçik tənqiddən inciməyin. Konstruktiv tənqid xeyirlidir. Sərt və aqressiv danışmayın.
Yaşca özünüzdən kiçiklərlə dil tapmaq asan olmasa da, səmimi olun, güzəştə getməyi bacarın. Məsləhətləri dinləyin, təcrübəli insanların dediklərini qulaqardına vurmayın.
Əqrəb - günün ilk yarısı uğurlu deyil. Lakin saatlar keçəcək, pozitiv təmayüllərin təsiri artacaq, nailiyyətləriniz daha ciddi olacaq. Məqsədyönlü şəkildə fəaliyyət göstərin. Başqaları üçün bağlı olan qapılar sizin üçün açılacaq. Eksperimentlər etmək, qeyri-standart metodlardan yararlanmaq, stereotipləri dağıtmaq olar. İntuisiyanıza güvənin: o, sizə dürüst qərarlar verməyə yardım edəcək.
Günün ikinci yarısında iş və şəxsi həyatla bağlı önəmli qərarlar qəbul etmək olar.
Hisslərinizi təhlil etsəniz, cari məsələlərin həllində aktiv ola bilərsiniz.
Oxatan - çətin gündür. Plan və niyyətlərinizi həyata keçirmək üçün var gücünüzlə çalışdığınızdan yanınızdakı insanların maraqlarını unuda bilərsiniz. Bunu əsla etməyin - xoşagəlməz fəsadlar ola bilər.
Kimsə sizin sərt sözlərinizdən inciyəcək, kimsə sizi eqoizmdə suçlayacaq, kimsə küsəcək. Münasibətlərdə sərinləşmə dövrüdür.
Bəhs etdiyimiz prosesin qarşısını alın, səmimi və sayıq olun.
Maliyyə məsələləri baxımından uğurlu gün deyil. Maddi durumunuz istədiyiniz təki stabil deyil.
Qəfil itkilər, cərimə və ödənişlər ola bilər.
İradənizin gücünü artırın. Alış-verişdə bədxərclik etməyin, lazımsız əşyalar almayın.
Axşam saatlarında istirahət edin.
Oğlaq - hadisələr və proseslər təxminlədiyiniz məcrada deyil. Dürüst qərarlar qəbul edin, çətinliklərdən qorxmayaraq irəliləyin. Əhəmiyyətli peşəkar nailiyyətlər ehtimalı çox azdır. Bunun müqabilində əvvəllər başladığınız, amma başa çatdırmağa vaxt və ya imkan tapmadığınız işi tamamlayın. Heç nəyi sabaha saxlamayın. Belə davranış problemləri daha da artırar, yeni çətinliklər yaradar.
İmkanlı və nüfuzlu insanlarla ünsiyyət üçün əlverişli gündür.
Axşam saatlarında qonaq gələ bilər. Dəvət olunduğunuz tədbirə qatılın.
Dolça - qarışıq, laübəli, yorucu və usandırıcı gündür. Səhvlərə yol verməmək üçün yeni işlərə başlamayın. Cari işləri görün, yarımçıq prosesləri tamamlayın. Hesablamalarda yanlışlıqlar ola bilər. Maliyyə imkanlarınızı izafi dəyərləndirməyin.
Alış-veriş zamanı bahalı heç nə almayın.
İşdə uğur ehtimalı azdır. Bədxah və rəqiblərinizin fəaliyyətini diqqətlə izləyin.
Yaxınlarınızla münasibətlərdə çətinliklər yarana bilər. Ailə üzvlərinizlə təmaslar harmonik deyil. Sakit olun, emosiyalarınıza nəzarət edin. Soyuqqanlı davransanız, vəziyyətdə yaxşılığa doğru dəyişikliklər başlanacaq.
Balıqlar - gün ərzində çox iş görmək gərək olduğundan axşam saatlarında çox yorula bilərsiniz. Sizə yaxınlarınız və dostlarınız yardım etməyə hazırdır. Onların dəstəyi sayəsində bir çox müşkülləri həll edə bilərsiniz. İşgüzar görüşlər istədiyiniz kimi keçməsə də, soyuqqanlı olun, təmkinli davranın.
Xarici görünüşünüzə fikir verin. Bu gün insanların libasına görə qarşılandığı gündür.
Ciddi qəbul olunmaq istəyirsinizsə, müvafiq tərzdə geyinin.
Kiçik, önəmsiz olaylar təsiri bağışlayan hadisələrin uzunmüddətli nəticələri ola bilər. Düşünülməmiş addımlar atmayın. Ətrafınızda baş verən hadisələri araşdırın, onların məcra və məzmunlarını anlamağa çalışın.
İntuisiyanızı dinləyin.
Milli.Az