Penolopa Kruzun gözəlliyinin və cavan qalmasının sirri nədir?
Penopola Kruz Holluvudun sevilən, istedadlı və cazibədar aktrisasıdır. Bu yaxınlarda ikinci dəfə ana olsa da, Penelopa Kruzun ideal bədən quruluşu var.
“Qidalanamama diqqət edirəm və hər zaman sağlam qidalanmağa çalışıram. İtalyan və ispan mətbəxinə heyranam. Çünki bu ölkələrin yeməkləri təzə tərəvəzlərdən hazırlanır. Qısası, mənim gözəlliyim sirri təzə meyvə və tərəvəzlərdə, bir də suda gizlənib.
Bir ayda ancaq 2-3 dəfədən çox “fasfood” yeməkləri və kartof qızartması yeyə bilmərəm. Siqaret çəkmirəm. Özümə bir qədəhdən çox şərab, yaxud spirtli içki icazə vermirəm. Bundan başqa sirlərim yoxdur.
Hə, bir də gündəlik həyatda kosmetikadan qətiyyən istifadə etmirəm. Sərbəst və azad olmağı xoşlayıram”.
publika.az