Hindistanın Racasthan əyalətinin paytaxtı Jaipurda yaşayan 58 yaşlı Ram Sing Çauhan dünyanın ən uzun bığlı adamıdır. Düz 32 ildir bığlarını kəsməyən Çauhanın bığları 4,2 metrdir.
Çauhan 1970-ci illərdən bu yana uzatdığı bığlarının onun ən qiymətli varlığı olduğunu bildirib və hər gün bığlarının baxımına 2 saat vaxt sərf edir.
Səhərlər bığlarını kokos və badam yağı ilə masaj edən Hindli son illərdə bığlarının gec uzandığını bildirib.
2012-ci ildə Ginnesin Rekordlar Kitabına düşən adam Hindistanda bığın qürur və hörmət simvolu olduğunu və bir kişi üçün qiymətsiz olduğunu deyib.
Video
publika.az