Stiv Cobsun evi tarixi abidə elan edildi
30.10.2013

“Apple” şirkətinin təsisçisi Stiv Cobsun evi Silikon vadisi komissiyası tərəfindən tarixi abidə elan olunub.

Bu evdə ilk “Apple” kompüterləri hazırlanıb.

Artıq turistlərin diqqətini cəlb edən Los-Altosdakı bu evdə istənilən dəyişiklik komissiyanın nəzarəti altında baş verəcək. Məlumata görə, hal-hazırda evin sahibi olan Stiv Cobsun bacısı buna etiraz etməyib.

Gün.Az