Qadınları çanta və ayaqqabıdan daha çox həyəcanlandıran başqa bir şey varmı?
2013-2014-cü ilin payız-qış
mövsümündə qadınları ürəyini ovsunlayan bir çox çanta modelləri var.
Bəziləri keçən ilki hakimiyyətini davam etdirir, bəziləri isə yenidən
dəbə minib.
Poçtalyon çantalar
Poçtalyon çantalarının
rahatlığı müzakirə olunmazdır. Əslində, işlətmək üçün heç bir bəhanəyə,
ya da trend olmasını gözləməyə gərək yoxdur. Bu qış poçtalyon çantaları
yenə aktual olacaq. Amma bir fərq var. Bu ilki çantalar daha göstərişli
olacaq.
Zəncir saplı çantalar
“Chanel”in zəncir saplı çantaları
çox sevilir. Bu il təkcə gecə taxıla bilən eleqant çantalar deyil,
gündəlik çantalar da zəncirlənəcək.
Minyatur çantalar
İçinə cib telefonunun belə çətinliklə yerləşdiyi minyatur çantalar bu
qış ön planda olacaq. Gündəlik istifadə üçün o qədər rahat olmadığı
bilirik. Amma gecə dəvətləri üçün onlardan gözəl çantalar tapa bilmərik.
“Chanel”in hər rəngdə və oyuncağı xatırladan çanta modellərini ən
klassik gecə geyimi ilə belə kombinasiya etmək olar.
Nostalji çantalar
Nənəmizin dolabından tapdığımız,
gizli xəzinə tapmış kimi sevindiyimiz və pul qabını xatırladan bu
çantalar bu ilin payız-qış mövsümündə bizə nostalji anlar yaşadacaq.
Həkim çantalar
Köhnə filmlərdə evə xəstəni
yoluxmağa gələn həkimlərin əlində gördüyümüz qəlib formasındakı çantalar
bu mövsüm hər kəsin əlində dolaşacaq.
Qovluğu xatırladan çantası
Bu çantaların içindən A4
kağızlarının töküləcıyini düşünməyin. Qovluğu xatırladan bu çantalar
notbooku, İpadı yanımızda gəzdirmək üçün idealdır.
Fərqli modellər
Fantaziyanızı işə salın və
qəliblərdən kənara çıxın. Fərqlənmək xoşunuza gəlirsə, fərqli çanta
modellərinə müraciət edin. Məsələn, gitara formasında çanta ola bilər.
Biserli çantalar
Biserlər və zəncirlər artıq neçə
ildir ki, dəbdə öz yerini qoruyub saxlayır. Bu qış biserli və tüklü
versiyaları da rastımıza çıxa bilər.
Bu makiyajda retro stili dəbdədir.
publika.az