Röyanın Türkiyədə çəkilən daha bir yeni klipinin görüntüləri təqdim olunub - Video
31.10.2013

Müğənni Röya İstanbulda növbəti klipini çəkdirib. Müğənni “Unutmaq istədim”, “Göndər”, “Gemiciler” kliplərindən sonra rejissor Murat Küçüklə əməkdaşlığını davam etdirib.

Müğənni “10lar” verilişinə açıqlamasında bildirib ki, “Mənəm” adlanan mahnının sözləri Cavid Qurbanova, musiqisi isə Nailə Mirməmmədliyə aiddir.

Müğənni klipindən olan eksklüziv görüntüləri də məhz bu verilişdə nümayiş etdirib.

Klipin yaxın zamanlarda YouTube kanalında tam variantda yerləşdiriləcəyi gözlənilir.
Video

gun.az