Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Türkiyənin Zonquldak vilayətindəki Ereyli rayonunda keçiriləcək Beynəlxalq Sevgi, Sülh, Dostluq, Mədəniyyət və Sənət Festivalında iştirak edəcəklər.
İstanbulun Atatürk hava limanında jurnalistlərin suallarını cavablandıran cütlük bildirmişdir ki, son bir ayda qardaş Türkiyəyə ikinci dəfə səfər etmələrindən çox məmnundurlar.
Eldar ilə Nigar Türkiyədə bir sıra incəsənət layihələri həyata keçirmək niyyətindədirlər.
Festivalın təşkilatçısı olan Ereyli bələdiyyəsi azərbaycanlı müğənnilərə “Sevgi, sülh və dostluq” mükafatı da təqdim edəcəkdir.