Bu gün Azərbaycan paytaxtında III Bakı Beynəlxalq Humanitar Forumu başlayıb.
Forumda Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət üzvləri, deputatlar, 100-dən çox ölkədən rəsmi şəxslər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edilər.
İki gün davam edəcək tədbir çərçivəsində qloballaşan dünyanın reallıqları nəzərə alınmaqla XXI əsrin perspektivləri və çağırışları, aktual humanitar problemləri müzakirə ediləcək.
Forum çərçivəsində 8 istiqamət üzrə dəyirmi masalar təşkil olunacaq: “Texnologiyaların konvergensiyası və gələcəyin konturları”, “XXI əsrin əsas çağırışları”, “İqtisadi inkişafın humanitar aspektləri”, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi”, “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında”, “Postmodern dövrdə milli özünüdərk”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə”, “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri”.
Qonaqların Azərbaycanın bir sıra bölgələrinə səfəri də nəzərdə tutulub.
Lent.az