Azərbaycanın zəngin mədəni irsinə bağlılığı ilə tanınan "Nar Mobile" ölkə mədəniyyətini təbliği istiqamətində fəaliyyətini davam etdirir. Şirkətdən verilən məlumata görə, Azərbaycanın kinemotoqrafiya sənətinin inkişafı missiyasına öz töhfəsini verən mobil operator misilsiz kino irsinin təbliğ edilməsi məqsədi ilə yaradılan və Azərbaycan kinematoqrafiyasının zəngin incilərinin yerləşdirildiyi "AzCinema Online!" iİnternet layihəsinin sponsorluğunu öz üzərinə götürüb.
AzCinemaOnline İnternet-kinoteatrının əsas məqsədi Azərbaycan kinosu və mədəniyyətinin Azərbaycanda və ölkədən kənarda təbliğindən ibarətdir. Azərbaycan istehsalı olan bədii, sənədli və qısametrajlı filmlərin geniş tamaşaçı auditoriyasına çatdırılması və yayılması perspektivləri baxımından son dərəcə əhatəli və rahat İnternet resursu olan AzCinemaOnline Azərbaycan filmlərinin bir araya toplandığı ilk veb mənbədir.
Sözügedən veb resurs (www.azcinemaonline.com ) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə "Nərimanfilm" kino şirkəti tərəfindən yaradılıb.
trend.az